Azərbaycan, Bakı, 2 avqust /Trend/
Azərbaycanda suda batmış iki nəfərin cəsədi tapılıb.
Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda dənizdə ("Sahil-1" sularda xilasetmə məntəqəsindən 1600 m aralıda, nəzarətsiz ərazidə) çimərkən batmış 1999-cu il təvəllüdlü Qəniyev Amil Elşən oğlunun axtarışları başa çatıb.
A.Qəniyevin cəsədi batdığı ərazidə sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Şamaxı rayonu Nağaraxana kəndində süni göldə (sularda xilasetmə məntəqəsindən 250 km aralıda, nəzarətsiz ərazidə) çimərkən batmış 1980-cı il təvəllüdlü Məmmədov Şamil Həsənəli oğlunun da axtarışları başa çatıb. Ş.Məmmədovun cəsədi batdığı ərazidə sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Suda batmış iki nəfərin cəsədi tapılıb
Azərbaycanda suda batmış iki nəfərin cəsədi tapılıb.