Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir İlkin İzzət/
Yevlaxda bağlı apırlar arxasında meyit aşkar edilib.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Yevlax şəhərində mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Dərhal FHN-nin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Xilasedicilər mənzilin giriş qapısını açıb, 1927-ci il təvəllüdlü Səlimov Gülməmməd Dostu oğlunun cəsədini aşkar edib və aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 15:15-də başa çatıb.