...

Abşeronda yol qəzasında sürücü əzilmiş avtomobildə sıxılıb qaldı

Hadisə Materials 28 Avqust 2015 11:36 (UTC +04:00)
Abşeronda baş verən yol qəzasında sürücü avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Abşeronda yol qəzasında sürücü əzilmiş avtomobildə sıxılıb qaldı

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir İlkin İzzət/

Abşeronda baş verən yol qəzasında sürücü avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Abşeron rayonu ərazisində vətəndaşlara məxsus "Mercedes" markalı minik avtomobili ilə "VAZ" markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.

Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" markalı minik avtomobilinin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə sıxılmış vəziyyətdə qalmış vətəndaşı avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 08:35-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti