...

Azərbaycanda 13 ədəd mina zərərsizləşdirilib

Hadisə Materials 3 Sentyabr 2015 11:28 (UTC +04:00)
Ötən ay Azərbaycanda 13 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.
Azərbaycanda 13 ədəd mina zərərsizləşdirilib

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir İlkin İzzət/

Ötən ay Azərbaycanda 13 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu ilin avqust ayı ərzində 4 831 054 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib, 269 ədəd Partlamamış Hərbi Sursat (PHS) və 13 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 487 nəfər minaaxtaran mütəxəssis və 113 nəfər yardımçı heyət, həmçinin 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edib.

İndiyədək cəmi 300 968 764 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 713 301-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Gəncə, Sumqayıt, Ağdam, Xocavənd, Lənkəran, Ağstafa, Füzuli, Goranboy, Qaradağ, Abşeron və Tərtər rayonlarında davam etdirilir.

Ötən ay ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti