Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir İlkin İzzət/
Maştağa sakinindən qumbaralar və alışdırıcılar götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu ərazisində Maştağa qəsəbə sakini Elmar Dadaşovdan 2 ədəd "F-1" qumbarası və 2 ədəd "UZQRM" tipli alışdırıcı götürülüb.
Faktla bağlı araşdırma aparılır.