...

Avtomobil alqı-satqısı zamanı saxta pullar vermiş şəxs tutulub

Hadisə Materials 18 Sentyabr 2015 13:12 (UTC +04:00)
Avtomobilin əvəzində saxta əskinaslar vermiş Mingəçevir şəhər sakini tutulub.
Avtomobil alqı-satqısı zamanı saxta pullar vermiş şəxs tutulub

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir İlkin İzzət/

Avtomobilin əvəzində saxta əskinaslar vermiş Mingəçevir şəhər sakini tutulub.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, cari il may ayının 25-də Tərtər şəhər sakini Elxan Hacıyev Goranboy Rayon Polis Şöbəsinə müraciət edərək, cari il may ayının 22-də "Mercedes" markalı avtomobili İlham adlı şəxsə 2500 ABŞ dollarına və 350 manata satmasını, lakin aldığı əskinaslardan 14 ədəd 100 dollarlığın saxta olmasını bildirib.

Faktla əlaqədar cinayət işi başlanıb.

Goranboy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Mingəçevir şəhər sakini Ruslan Əliyev tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti