Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir Elmir Murad/
Bakıda dilənçiliklə məşğul olan 7 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, polis onları paytaxtın Nəsimi rayonu ərazisində saxlayıb.
Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tutulanlar barəsində müvafiq tədbirlər görüb.