Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir Elmir Murad/
Suraxanıda quyudan kabel oğurlayan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumatda bildirilir ki, qarət hadisəsi rayonunun Bülbülə qəsəbəsində baş verib.
"Suraxanı Oil Operation Company S.A." şirkətinə məxsus 3 neft quyusundan kabel oğurlanıb.
Kabeli oğurlayanlar Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanıblar. Məlum olub ki, hadisəni törədənlər Bakı şəhər sakinləri Anar Şıxıyev, Nurlan Rəcəbli və İsa Əliyevdir.