...

Güllələnən polislə bağlı DİN-dən açıqlama

Hadisə Materials 26 Oktyabr 2015 11:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir Elmir Murad/

Bakıda güllələnən polis əməkdaşının səhhəti və hadisənin detalları ilə bağlı rəsmi açıqlama veriləcək.

Bunu Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə deyib.

DİN rəsmisi bildirib ki, sözügedən hadisə ilə əlaqədar məlumatlar bir saatdan sonra açıqlanacaq.

Qeyd edək ki, Xətai Rayon Polis İdarəsinin əməliyyatçısı, polis baş leytenantı İltifat Bayramov bir neçə polis əməkdaşı ilə birgə xidmətdə olarkən naməlum şəxs onlara tapançadan bir neçə dəfə atəş açıb. Güllələrdən biri İ.Bayramova dəyib. Yaralı Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib.

Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən Yevgeni Antonovskiy tutulub. Ondan hadisədə istifadə etdiyi "Naqan" tipli tapança götürülüb.

Faktla bağlı Xətai Rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti