...

Paytaxtda saxta əskinas "ustası" saxlanıb

Hadisə Materials 11 Noyabr 2015 13:25 (UTC +04:00)
Bakı sakinindən saxta əskinaslar aşkarlanıb.
Paytaxtda saxta əskinas "ustası" saxlanıb

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir Elmir Murad/

Bakı sakinindən saxta əskinaslar aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, 39 ədəd saxta 20 manatlıq saxta əskinas Bakı şəhər sakini Vüsal Cəlilovdan götürülüb. V.Cəlilov Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Aparılan araşdırmalar nəticəsində onun Nizami rayonu ərazisində kirayədə yaşadığı mənzilə baxış zamanı 1 ədəd "HP" markalı rəngli printer aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti