...

DİN Goranboyda baş vermiş yol qəzası barədə məlumat yayıb

Hadisə Materials 13 Noyabr 2015 13:47 (UTC +04:00)
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
DİN Goranboyda baş vermiş yol qəzası barədə məlumat yayıb

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir Elmir Murad/

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə daxil olan məlumata görə, hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb.

Xanqərvənd kəndində Bakı şəhər sakini Baba Yusifovun idarə etdiyi "Niva" və Naftalan şəhər sakini Ramil Mustafayevin idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində B.Yusifovun sərnişinlərindən Zeynal Təhməzov hadisə yerində ölüb, R.Mustafayev və sərnişini xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti