...

Qazaxda sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib, 1 nəfər ölüb (FOTO)

Hadisə Materials 13 Noyabr 2015 23:57 (UTC +04:00)
Qazaxda sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib
Qazaxda sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib, 1 nəfər ölüb (FOTO)

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

Qazaxda sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Qazaxda yol-nəqliyyat qəzası baş verib, sürücü hadisə yerində dünyasının dəyişib. Yol qəzası Bakı-Qazax avtomagistralının 511-ci kilometrliyində, Qazax rayonu 2-ci Şıxlı kəndi ərazisində qeydə alınıb. 50 yaşlı İntiqam Zeynalovun idarə etdiyi sərnişin avtobusu ilə Şıxlı kənd sakini 43 yaşlı Fərman Musayevin sürücüsü olduğu "Opel" toqquşub. Nəticədə "Opel"in sürücüsü Fərman Musayev hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti