...

Yalan danışıb 1800 manat pul aldı, sonra...

Hadisə Materials 17 Noyabr 2015 14:07 (UTC +04:00)
Bakıda bir qrup paytaxt sakininin etimadını qazanaraq onlardan pul alan şəxs saxlanılıb.
Yalan danışıb 1800 manat pul aldı, sonra...

Bakı. Elmir Murad - Trend:

Bakıda bir qrup paytaxt sakininin etimadını qazanaraq onlardan pul alan şəxs saxlanılıb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, noyabrın 5-də Salyan rayon sakini Yalçın Hüseynov Bakı şəhər sakinləri Zülfüqar Məmmədovun, Səbuhi Əmiralıyevin və Zaman Hacıyevin etimadlarını qazanaraq ümumilikdə onlardan 1800 manat pul alıb.

Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Hüseynov tutulub. Faktla əlaqədar cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti