...

Avtomobil oğurluğu ilə məşğul olan dəstə yaxalanıb

Hadisə Materials 20 Noyabr 2015 13:54 (UTC +04:00)
Bakıda avtomobil oğurluğu ilə məşğul olan dəstə yaxalanıb.
Avtomobil oğurluğu ilə məşğul olan dəstə yaxalanıb

Bakı - Trend:

Bakıda avtomobil oğurluğu ilə məşğul olan dəstə yaxalanıb.

Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Xəzər RPİ və Sabunçu RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabunçu rayonu ərazisindən Emin İbrahimova məxsus "VAZ-2107" markalı avtomobili qaçırmış Bakı şəhər sakinləri Tural Qədirov və Elman Cəbiyev tutulublar.

E.Cəbiyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Samir Abbasova və Anar Quliyevə məxsus "VAZ-2106" markalı avtomobilləri qaçırması da müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti