...

Yol qəzaları daha iki can aldı

Hadisə Materials 23 Noyabr 2015 14:09 (UTC +04:00)
Zaqatala rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Yol qəzaları daha iki can aldı

Bakı. Elmir Murad - Trend:

Zaqatala rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Zaqatala rayonunun Danaçı kəndində rayon sakini İlham Qaralov idarə etdiyi "Volkswagen" markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə onun sərnişinləri, həmkəndliləri Pirdaz Meselova və Rəsmiyə Qaralova müxtəlif bədən xəsarətləri alıblar. Sərnişinlər xəstəxanaya yerləşdirilsələr də, R.Qaralova həyatını itirib.

Digər yol-nəqliyyat hadisəsi isə Nərimanov rayonunda qeydə alınıb. Rayonun Atatürk prospektində Salyan rayon sakini Nurəddin Süleymanov idarə etdiyi "Daewoo" markalı avtobusla yolu keçən Bərdə rayon sakini Həmayıl Nəbiyevanı vurub. Piyada hadisə yerində ölüb. Hər iki faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti