...

Gömrükdə qanunsuz kürü məsələsinə aydınlıq gəldi

Hadisə Materials 24 Noyabr 2015 17:03 (UTC +04:00)
Dövlət Gömrük Komitəsi Azərbaycandan Rusiyaya səyahət edən Azərbaycan vətəndaşının Rusiya ərazisinə 6.4 kq kürü keçirmək istəməsi və “qanunsuz daşınan kürü”nün Məhərrəmkənd gömrük-keçid məntəqəsində aşkar edilməsinə münasibət bildirib.
Gömrükdə qanunsuz kürü məsələsinə aydınlıq gəldi

Bakı. Elmir Murad - Trend:

Dövlət Gömrük Komitəsi Azərbaycandan Rusiyaya səyahət edən Azərbaycan vətəndaşının Rusiya ərazisinə 6.4 kq kürü keçirmək istəməsi və "qanunsuz daşınan kürü"nün Məhərrəmkənd gömrük-keçid məntəqəsində aşkar edilməsinə münasibət bildirib.

Komitədən Trend-ə verilən məlumata görə, əslində bu fakt öncə ölkəmizin gömrük orqanları tərəfindən qeydə alınıb və adıçəkilən mal Azərbaycandan Rusiyaya deyil, əks istiqamətdə daşınarkən aşkar edilib.

Belə ki, 15 noyabr 2015-ci il tarixində Azərbaycan vətəndaşı Pənahov Səlim Mirzəgül oğlu Rusiyadan Azərbaycana gələrkən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük-keçid məntəqəsində özünə məxsus əşyaların arasında 6.5 kiloqrama qədər nərəcinsli qara kürü olduğunu bəyan edib. Lakin gömrük nəzarəti həyata keçirilərkən qara kürüyə oxşar həmin məhsul müvafiq sənədləri qaydasında olmadığı üçün geri qaytarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti