...

Müğənni Elvin Ordubadlı intihar etdi (FOTO)

Hadisə Materials 25 Dekabr 2015 15:58 (UTC +04:00)
Bakıda gənc müğənni intihar edib.
Müğənni Elvin Ordubadlı intihar etdi (FOTO)

Bakı. Trend:

Bakıda gənc müğənni intihar edib. Trend-ə hüquq mühafizə orqanlarından verilən məlumata görə, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb. 1989-cu il təvəllüdlü Elvin Ramazan oğlu Quliyev yaşadığı Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y. Əliyev küçəsi 1 saylı binanın 23-cü mənzilinin balkonundan özünü atıb. Ağır kəllə beyin travması ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılan E.Quliyev orada ölüb. İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

Qeyd edək ki, intihar edən Elvin Quliyev Elvin Ordubadlı kimi tanınan müğənnidir. O, "Azərbaycanın səsi" musiqi yarışmasının qalibi olub. Bundan başqa, müğənni Azərbaycanı 2014-cü ildə "Türkviziya" musiqi yarışmasında təmsil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti