Bakı. Trend:
Lənkəran şəhərində ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə yanıb.
Trend-in Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.