...

Saxta əskinas hazırlayan şəxs yaxalanıb

Hadisə Materials 13 Yanvar 2016 13:29 (UTC +04:00)
Bakıda saxta əskinas hazırlayan şəxs yaxalanıb.
Saxta əskinas hazırlayan şəxs yaxalanıb

Bakı. Samir Əli - Trend:

Bakıda saxta əskinas hazırlayan şəxs yaxalanıb.

Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən yaydığı məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şərur rayon sakini Röyal Nəsirov 20 ədəd saxta 100 manatlıq əskinası satarkən tutulub.

Onun paytaxtın Nərimanov rayonunda kirayədə yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 36 ədəd 100 manatlıq, 65 ədəd 50 manatlıq, 72 ədəd 20 manatlıq, 39 ədəd 5 manatlıq saxta əskinaslar, habelə printer və pul kəsmək üçün alət də aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti