...

Sumqayıtda yanğın: yaralılar var

Hadisə Materials 13 Yanvar 2016 18:19 (UTC +04:00)
Sumqayıtda tikilidə yanğın olub.
Sumqayıtda yanğın: yaralılar var

Bakı. Trend:

Sumqayıtda tikilidə yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Sumqayıt şəhərində ümumi sahəsi 60 kv.m olan istifadəyə yararsız tikilinin içərisində 3 kv.m sahədə məişət tullantıları yanıb.

Yanğın zamanı 2 nəfər müxtəlif yanıq xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti