...

"Siyəzən Broyler"də yanğın olub

Hadisə Materials 30 Yanvar 2016 10:14 (UTC +04:00)
"Siyəzən" Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisisində yanğın hadisəsi baş verib.
"Siyəzən Broyler"də yanğın olub

Bakı. Samir Əli - Trend:

"Siyəzən" Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisisində yanğın hadisəsi baş verib. Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Siyəzən rayonu, Beşdam kəndində (rayon mərkəzindən 12 km aralı) baş verib. Vətəndaşa məxsus "Siyəzən" ASC-nin ərazisində ümumi sahəsi 1068 kv.m olan broyler sexinin döşəməsi 278 kv.m sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 00:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti