...

"NAZ-Lifan" oğrusu maşın bazarında yaxalandı

Hadisə Materials 4 Fevral 2016 12:27 (UTC +04:00)
Fevralın 2-də Qaradağ rayonunun Lökbatan qəsəbəsindən İsmayıllı rayon sakini Zülfü Əhmədova məxsus “NAZ-Lifan” markalı avtomobil qaçırılıb.
"NAZ-Lifan" oğrusu maşın bazarında yaxalandı

Bakı. Samir Əli - Trend:

Fevralın 2-də Qaradağ rayonunun Lökbatan qəsəbəsindən İsmayıllı rayon sakini Zülfü Əhmədova məxsus "NAZ-Lifan" markalı avtomobil qaçırılıb.

Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avtomobil fevralın 3-də Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən Yasamal rayonu ərazisindəki maşın bazarında aşkar edilib.

Həyata keçirilmiş tədbirlərlə avtomobili qaçırmış Bakı şəhər sakini Camal Məmmədov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti