...

Şəmkirdə məktəbli kanalda batıb

Hadisə Materials 4 Fevral 2016 20:51 (UTC +04:00)
Şəmkirdə məktəbli kanalda bataraq ölüb.
Şəmkirdə məktəbli kanalda batıb

Bakı. Trend:

Şəmkir rayonunun Abbaslı kəndində 8 yaşlı məktəbli günorta saatlarında itkin düşüb.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, valideynləri uşağın məktəbə getdiyini və bir daha geri qayıtmadığını bildiriblər.

Aparılan axtarışların nəticəsi olaraq, axşam saat 20 radələrində uşağın meyiti kəndin ərazisindən keçən kanalda tapılıb.

Hazırda rayon hüquq-mühafizə orqanı əməkdaşları faktla bağlı araşdırma aparırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti