...

Xaçmaz sakini ehtiyatsızlıq etdi, komaya düşdü

Hadisə Materials 9 Fevral 2016 12:29 (UTC +04:00)
Xaçmaz sakini ehtiyatsızlıq səbəbindən komaya düşüb.
Xaçmaz sakini ehtiyatsızlıq etdi, komaya düşdü

Bakı. Trend:

Xaçmaz sakini ehtiyatsızlıq səbəbindən komaya düşüb.

Trend-ə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, fevralın 8-də Xaçmaz şəhərində yaşayan Babək Səlimov baş nahiyəsinin ağır dərəcədə əzilməsi diaqnozu ilə koma halında xəstəxanaya gətirilib. Araşdırmalar zamanı B.Səlimovun elektrik mühərriki ilə işləyərkən mühərrikə bərkidilmiş yonqar daşının sınaraq onun gicgah nahiyəsinə dəyməsi nəticəsində xəsarət alması müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti