...

450 baş tutuquşu "Samur" gömrük postunda saxlanılıb (FOTO)

Hadisə Materials 18 Fevral 2016 09:27 (UTC +04:00)
450 baş tutuquşu “Samur” gömrük postunda saxlanılıb.
450 baş tutuquşu "Samur" gömrük postunda saxlanılıb (FOTO)

Bakı. Trend:

450 baş tutuquşu "Samur" gömrük postunda saxlanılıb.

Azərbaycan ərazisindən Rusiyaya 380 ədəd tutuquşu keçirilməsi və quşların Rusiya gömrük xidmətinin "Yaraq-Qazmalar" gömrük keçid məntəqəsində aşkar olunması barədə məlumatlarla bağlı Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətinin məlumatında bildirilir ki, 380 ədəd yox, 450 baş tutuquşu məlumatda deyildiyi kimi, Rusiya ərazisində deyil Azərbaycan gömrükçüləri tərəfindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda Azərbaycan vətəndaşı Vəliyev Mübariz Əsgər oğlundan aşkar olunub.

DGK həmçinin onu da diqqətə çatdırırıq ki, Azərbaycan vətəndaşı Mübariz Vəliyev həmin quşları Rusiyadan Azərbaycana gətirmək istəyərkən "Samur" gömrük postunda saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti