...

Qobuda yanğın: 47 yaşlı kişi cəsədi tapılıb

Hadisə Materials 23 Fevral 2016 20:24 (UTC +04:00)
Qobuda evdə yanğın olub.
Qobuda yanğın: 47 yaşlı kişi cəsədi tapılıb

Bakı. Trend:

Qobuda evdə yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Abşeron rayonu, Qobu qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı evin mətbəxində 2 kv.m sahədə döşəmə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1969-cu il təvəllüdlü Quliyev Təhməz Təbriz oğlunun yanmış cəsədi aşkar edilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti