...

3620 manatlıq saxta əskinas və printer aşkar edilib

Hadisə Materials 25 Fevral 2016 12:57 (UTC +04:00)
Sabirabad sakinindən saxta əskinaslar aşkar edilib.
3620 manatlıq saxta əskinas və printer aşkar edilib

Bakı. Trend:

Sabirabad sakinindən saxta əskinaslar aşkar edilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayon sakini Dövlət Sabirlidən 8 ədəd 100 manatlıq, 52 ədəd 50 manatlıq və 11 ədəd 20 manatlıq, ümumilikdə 3620 manatlıq saxta əskinas götürülüb.

Onun yaşadığı Sabirabad rayonunun Kürkənd kəndindəki evinə baxış zamanı isə "HP" markalı printer aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti