...

Qaradağda vaqon yanıb

Hadisə Materials 2 Mart 2016 09:39 (UTC +04:00)
Qaradağ rayonunda vətəndaşa məxsus vaqonda yanğın baş verib.
Qaradağda vaqon yanıb

Bakı. Trend:

Qaradağ rayonunda vətəndaşa məxsus vaqonda yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan dəmir vaqonun taxta üzlüyü, içərisinə yığılmış köhnə əşyaları və ona bitişik ümumi sahəsi 50 kv.m olan taxta konstruksiyasından ibarət talvar yanıb.

Yanğın saat 03:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti