Bakı. Trend:
Gündüz saatlarında Bakının Yasamal rayonunda yanğın faktı qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Trend-əverilən məlumata görə, Yasamalda beşmərtəbəli yataqxana binasının (hazırda məcburi köçkünlər məskunlaşıb) 1-ci mərtəbəsində ümumi sahəsi 70 kv.m olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları, ev əşyaları 12 kv.m sahədə yanıb və yüksək temperaturdan digər otaqda olan 1 ədəd televizor və kondisioner əriyib.
Digər otaqlar yanğından mühafizə olunub. Yanğın saat 14:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.