...

Keçmiş həyat yoldaşını öldürən qadın 12 il cəza aldı

Hadisə Materials 16 May 2016 15:40 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş həyat yoldaşını öldürməkdə təqsirləndirilən Səbinə İmanovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Keçmiş həyat yoldaşını öldürən qadın 12 il cəza aldı

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş həyat yoldaşını öldürməkdə təqsirləndirilən Səbinə İmanovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.İmanova 12 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, qətl hadisəsi ötən il Nəsimi rayonunda baş verib. S.İmanova keçmiş ərini bıçaqla qətlə yetirib. Polis əməkdaşları tərəfindən saxlanılan S.İmanova hadisəni sərxoş vəziyyətdə törətdiyini bildirib.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur. Xatırladaq ki, S.İmanova bundan qabaq narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək məhbusluq həyatı yaşayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti