...

Gömrükdən siqaret keçirmək cəhdləri bu dəfə də alınmadı (FOTO)

Hadisə Materials 24 May 2016 15:21 (UTC +04:00)
40 600 ədəd siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
Gömrükdən siqaret keçirmək cəhdləri bu dəfə də alınmadı (FOTO)

Bakı. Trend:

Xaçmaz Gömrük İdarəsinin əməkdaşları 4 fakt üzrə külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Rusiya istiqamətindən "Samur" gömrük postunun gömrük nəzarəti zonasına daxil olan avtomobillərə baxış keçirən gömrükçülər nəqliyyat vasitələrinin salonlarındakı gizli saxlanc yerlərindən gömrük orqanına əvvəlcədən bəyan olunmayan külli miqdarda - 40 600 ədəd müxtəlif markalı siqaretlər aşkar edib.

Bütün faktlarla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti