...

Sumqayıtda intiharın qarşısı alınıb

Hadisə Materials 25 May 2016 08:30 (UTC +04:00)
Sumqayıtda intihar cəhdinin qarşısı alınıb.
Sumqayıtda intiharın qarşısı alınıb

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Sumqayıt şəhərində bir nəfərin intihar etmək məqsədi ilə hündürmərtəbəli binanın damına çıxması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub, aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb və vətəndaş aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 23:33-də başa çatıb.

Xəbər lenti

Xəbər lenti