...

"Tır" aşdı: 2 ölü (FOTO/VİDEO)

Hadisə Materials 4 İyun 2016 12:57 (UTC +04:00)
Bu gecə Şabran rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Tır" aşdı: 2 ölü (FOTO/VİDEO)

Bakı. Trend:

Bu gecə Şabran rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend RTV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun 3-cü kilometrliyində qeydə alınıb. Xaçmaz rayon istiqamətində hərəkətdə olan Sumqayıt şəhər sakini 28 yaşlı Emin Əhmədovun idarə etdiyi "99 XP 311" dövlət nömrə nişanlı yük maşını qarşıdan gələn Xaçmaz rayon Nərəcan kənd sakini 53 yaşlı Ramazan Hüseynovun idarə etdiyi "27 BN 614" dövlət nömrə nişanlı "Ford Transit" markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində "tır"ın sürücüsü xəsarət almasa da, digər avtomobildə olan sürücü və sərnişin hadisə yerindəcə həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti