...

Saatlıda 3 otaqlı ev yanıb, ölən var

Hadisə Materials 6 İyun 2016 08:38 (UTC +04:00)
Saatlıda 3 otaqlı evdə yanğın baş verib.
Saatlıda 3 otaqlı ev yanıb, ölən var

Bakı. Trend:

Saatlıda 3 otaqlı evdə yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, rayonun Xanlarkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 3 otaqlı qamışdan ibarət evin yanar konstruksiyaları yanıb.

Yanğın kəşfiyyatı zamanı ev sahibinin oğlu 1975-ci il təvəllüdlü Elşad Səyyah oğlu Əmirovun yanmış cəsədi aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 05:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti