...

Prokuror sabiq rəisin 200 min manatını mənimsəyən qadına 11 il cəza istədi

Hadisə Materials 8 İyul 2016 15:33 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Aygün Babaşovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Prokuror sabiq rəisin 200 min manatını mənimsəyən qadına 11 il cəza istədi

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Aygün Babaşovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Trend-in məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçən prosesdə məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı çıxış edib. Prokuror A.Babaşovanın 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxsin vəkilinin istəyi isə müdafiə etdiyi şəxsə bəraət hökmünün çıxarılması olub.

Daha sonra təqsirləndirilən şəxsə son söz verilib. A.Babaşova son söz demək üçün məhkəmədən vaxt istəyib. Proses qeyri-müəyyən vaxta təyin edilib.

İttiham aktına görə, A.Babaşova 8 nəfərin etibarından sui-istifadə edərək ümumilikdə 450 min manat pulu dələduzluq yolu ilə əldə edib. O, həmin şəxslərə bildirib ki, onlarla birlikdə biznes quracaq.

Zərərçəkənlərdən Məhəmməd Məhəmmədov Şəkidə 25 il Dövlət Yol Polisi Bölməsinin rəisi çalışıb. A.Babaşova biznes qurmaq adı ilə ondan 200 min manat alaraq dələduzluq edib.

A.Babaşova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti