...

Bakıda saxta pullar hazırlayıb satanlar tutuldu

Hadisə Materials 9 İyul 2016 12:40 (UTC +04:00)
Bakıda saxta əsginaslar satan Quba sakini tutulub.
Bakıda saxta pullar hazırlayıb satanlar tutuldu

Bakı. Trend:

Bakıda saxta əsginaslar satan Quba sakini tutulub.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Quba rayon sakini Pərvin Yusifov 57 ədəd 100 manatlıq, 146 ədəd 50 manatlıq (13000 manat) saxta əsginasları paytaxtın Nizami rayonu ərazisində 2300 ABŞ dollarına satarkən tutulub.

Saxta pulları satış məqsədilə P.Yusifovla birgə hazırlamış Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Quliyev də müəyyən edilərək tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti