Bakı. Trend:
Gəncədə ağır yol qəzası baş verib.
Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə Gəncə-Göygöl yolunun Qızılqaya qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.
“İsuzu” markalı yük maşını “VAZ 2107” ilə toqquşub. Zərbənin təsirindən yük avtomobili yol kənarına aşıb. Qəza nəticəsində VAZ-ın sürücüsü və dörd sərnişini müxtəlif dərəcəli xəsarət alıblar. İlkin ehtimala görə, qəza ötmə əməliyyatının düzgün yerinə yetirilməməsi səbəbindən baş verib.
“VAZ 2107”nin sürücüsü Əli Bağırov günahın onda olmadığını bildirib: “Biz yanacaqdoldurma məntəqəsindən çıxdıq. 40-50 km/saat sürətlə gedirdik. Birdən yük maşını digər yoldan bizim qabağımıza çıxdı. Ötmə etmək istəyirdi. Nə qədər çəkdik, olmadı. Hadisə baş verdi”.
Faktla bağlı araşdırma aparılır.