...

Gəncədə idman kompleksində yanğın olub

Hadisə Materials 18 İyul 2016 10:23 (UTC +04:00)

Bakı. Trend:

Gəncə şəhərində uşaq bağçasında yanğın baş verib.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Gəncə şəhəri, Nizami rayonunda uşaq bağçasının ərazisində ümumi sahəsi 300 kv.m olan idman kompleksinin dam örtüyünün yanar konstruksiyaları 80 kv.m sahədə və ona bitişik vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan taxta konstruksiyalardan ibarət olan 1 otaqlı tikili və içərisindəki əşyalar yanıb.

İdman kompleksinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 01:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti