Bakı. Trend:
Ağsunun Ülgüclü kənd sakini, 1960-cı il təvəllüdlü Təvəkkül Mayıl oğlu Məmmədov rayon polis şöbəsinin əməliyyatçıları tərəfindən keçirilən tədbirlər nəticəsində saxlanılıb.
Trend Region TV-yə istinadən xəbər verir ki, onun Ağsu çayının sağ sahilində, Zərqava kəndi ərazisində icarəyə götürdüyü fermada qanunsuz olaraq əkib-becərdiyi 64 ədəd çətənə kolu aşkarlanaraq götürülüb. Əvvələr 1 dəfə məhkumluq həyatı yaşayan T.Məmmədov narkotik tərkibli bitkiləri özünün istifadəsi məqsədi ilə əkdiyini etiraf edib.
Saxlanılan T.Məmmədov bu əməlindən peşman olduğunu bildirib.
Hazırda faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə cinayət işi açılıb və istintaq tədbirləri aparılır.
Müstəntiq Nicat Əhmədzadə polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı T.Məmmədovun qanunsuz olaraq saxladığı 1 ədəd ov tüfənginin müsadirə olunaraq götürüldüyünü də bildirib.