...

Beyləqan sakini özünü güllələyib

Hadisə Materials 1 Avqust 2016 13:52 (UTC +04:00)
Beyləqan sakini ehtiyatsızlıqdan özünü güllələyib.
Beyləqan sakini özünü güllələyib

Bakı. Trend:

Beyləqan sakini ehtiyatsızlıqdan özünü güllələyib.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 31-də Beyləqan şəhərində yaşayan Qəhrəman Qəhrəmanov ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən çənə nahiyəsindən xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Beyləqan RPŞ əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olan “İJ-16” markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti