...

Sərnişin sürücünü döyərək avtomobilini əlindən alıb

Hadisə Materials 3 Avqust 2016 12:14 (UTC +04:00)
Salyan rayonunda sərnişin sürücünü döyüb avtomobilini əlindən alıb.
Sərnişin sürücünü döyərək avtomobilini əlindən alıb

Bakı. Trend:

Salyan rayonunda sərnişin sürücünü döyüb avtomobilini əlindən alıb.

Trend Daxili İşlər nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 3-də Bakı şəhərində naməlum şəxs Şirvan şəhər sakini İlqar Xankişiyevin idarə etdiyi “Lada Priora” markalı avtomobilə sərnişin qismində oturub Salyan rayonuna gedəcəyini bildirib. Həmin şəxs rayonun Sarıcalı kəndində İ.Xankişiyevi döyərək avtomobildən düşürüb və həmin nəqliyyat vasitəsində hadisə yerini tərk edib.

Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini Rəfayel Abbasov Şirvan şəhəri ərazisində tutulub və avtomobil sahibinə qaytarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti