...

FHN: Lənkəranda bazarda baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 4 Avqust 2016 09:49 (UTC +04:00)
Lənkəran şəhərindəki bazarda baş verən yanğın söndürülüb.
FHN: Lənkəranda bazarda baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)

Bakı. Samir Əli - Trend:

Fövqəladə Hallar Nazirliyi səhər saatlarında Lənkəranda baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb. Məlumatda qeyd edilir ki, Lənkəran şəhərində mərkəzi bazarın ərazisində ümumi sahəsi 250 m2 olan, bir-birinə bitişik tikilmiş çayxananın yanar konstruksiyaları 55 m2 sahədə və telefon satışı mağazasının yanar konstruksiyaları 16 m2 sahədə yanıb. Digər ticarət obyektləri yanğından mühafizə olunub. Yanğın saat 08:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

X X X

Lənkəran şəhərində səhər saat 07:25-də bazarda baş verən yanğın söndürülüb. Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov məlumat verib.

Qurum sözçüsü bildirib ki, hadisə bazarın yaxınlığındakı çayxanalardan birində baş verib. Maye qaz balonunun partlaması nəticəsində çayxana və yaxınlıqdakı mağaza yanıb. FHN qüvvələrinin köməyi ilə yanğın saat 08:21-də söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti