...

Range Rover aşdı - sürücü öldü (VİDEO/FOTO)

Hadisə Materials 5 Avqust 2016 20:53 (UTC +04:00)
İmişlidə ağır yol nəqliyyat hadisəsi baş verib.
Range Rover aşdı - sürücü öldü (VİDEO/FOTO)

Bakı. Trend:

İmişlidə ağır yol nəqliyyat hadisəsi baş verib.

Trend Region TV-yə istinadən xəbər verir ki, hadisə İmişli-Kürdəmir avtomobil yolunun Allahmədətli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı şəhər sakini 1983-cü il təvəllüdlü Anar Möhübbət oğlu Hüseynov idarə etdiyi “Range Rover” markalı avtomaşınla Kürdəmir istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Avtomobil hərəkət zolağından kənara çıxaraq aşıb. Ağır bədən xəsarəti alan sürücü A.Hüseynov İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti