...

Gömrükdə 144 ədəd qaçaqmal araq aşkar edildi

Hadisə Materials 10 Avqust 2016 13:41 (UTC +04:00)
Gəncə Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsi Qazax-Gəncə yolunda saxlanılıb.
Gömrükdə 144 ədəd qaçaqmal araq aşkar edildi

Bakı. Trend:

Gəncə Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsi Qazax-Gəncə yolunda saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Baxış zamanı, nəqliyyat vasitəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən 144 ədəd 1 litrlik “Nemiroff” adlı araqlar aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti