...

Qəza zamanı yol təsərrüfatına 3600 manat ziyan dəyib (FOTO)

Hadisə Materials 12 Avqust 2016 18:16 (UTC +04:00)
Bu gün Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 112-ci km-də, Hacıqabul rayonu ərazisində yol təsərrüfatına ziyanın dəyməsi ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.
Qəza zamanı yol təsərrüfatına 3600 manat ziyan dəyib (FOTO)

Bakı. Trend:

Bu gün Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 112-ci km-də, Hacıqabul rayonu ərazisində yol təsərrüfatına ziyanın dəyməsi ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, “Dongfeng” markalı yük maşının sürücüsü naməlum səbəblərdən idarəetməni itirərək maşını yol ayrıcında olan əyri-xətli dəmir tirlərə çırpıb. Nəticədə 56 paqon-metr uzunluğunda dəmir tir sıradan çıxıb.

Baş vermiş qəza zamanı yol təsərrüfatına ilkin hesablamalara görə 3600 manat ziyan dəyib. Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti