...

Qazaxda əxlaqsızlıq yuvası aşkarlanıb (FOTO)

Hadisə Materials 16 Avqust 2016 17:46 (UTC +04:00)
Qazaxda əxlaqsızlıq yuvası aşkarlanıb
Qazaxda əxlaqsızlıq yuvası aşkarlanıb (FOTO)

Bakı. Trend:

Qazaxda əxlaqsızlıq yuvası aşkarlanıb.

Trend Kəpəz TV-ə (Region TV) istinadən xəbər verir ki, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Şəmkir sakininin qadınları toplayaraq fahişəliklə məşğul olduğu müəyyən edilib.

Qazaxa gələn Nuriyyə Qurbanova kirayə ev tutaraq orada müxtəlif məbləğdə pul müqabilində qadınların əxlaqsızlıqla məşğul olmasına şərait yaradıb. Saxlanılan qadın əməlini etiraf etməyib. O, Qazaxda kafelərdən birində ofisiant işlədiyini bildirib. Amma qadının evində qalan Gülər Məmmədova onun dediklərinin əksini söyləyib.

Faktla bağlı Qazax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti