...

Avtomobili qaçırdı - rəngini dəyişdi, dövlət qeydiyyat nişanlarını zibilxanaya atdı

Hadisə Materials 17 Avqust 2016 12:43 (UTC +04:00)
Avqustun 8-də Bakı şəhər sakininə məxsus avtomobili qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Avtomobili qaçırdı - rəngini dəyişdi, dövlət qeydiyyat nişanlarını zibilxanaya atdı

Bakı. Trend:

Avqustun 8-də Bakı şəhər sakininə məxsus avtomobili qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən verilən məlumatda deyilir.

Məlumatda qeyd olunur ki, Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 8-də Bakı şəhər sakini Muxtar Əsgərova məxsus “VAZ-2104” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Laçın rayon sakini Əlibaba Quliyev avqustun 16-da Biləcəri qəsəbəsi ərazisində, avtomobili dövlət qeydiyyat nişanları olmadan idarə edərkən saxlanılıb.

Araşdırmalar zamanı A.Quliyevin avtomobili qaçıraraq işlədiyi avtomobillərin təmiri sexinə aparması və özünküləşdirmək məqsədi ilə rəngini dəyişməsi, habelə dövlət qeydiyyat nişanlarını yaxınlığındakı zibilxanaya atması, sənədləri isə yandırması müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti