Bakı. Trend:
Arazda batan şəxsin cəsədi tapılıb.
Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 20-də Saatlı rayonu, Nərimanov kəndi Araz çayında (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 30 km aralı, nəzarətsiz ərazidə) batmış 1988-ci il təvəllüdlü, Alışov Xalid Əlisafa oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.