...

3 kənddən top mərmisi, avtomat və qumbaralar tapıldı

Hadisə Materials 11 Oktyabr 2016 13:13 (UTC +04:00)
Füzuli rayonunda silah-sursat tapılıb.
3 kənddən top mərmisi, avtomat və qumbaralar tapıldı

Bakı. Trend:

Füzuli rayonunda silah-sursat tapılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Füzuli rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Əhmədalılar kəndi ərazisindən 2 ədəd “TOZ” markalı ov tüfəngi, 1 ədəd patron darağı və 53 ədəd müxtəlif çapılı patron tapılıb.

Bundan başqa, Xocalı RPŞ əməkdaşları tərəfindən Goranboy rayonunun Aşağı Ağcakənd kəndi ərazisindən 2 ədəd ov tüfəngi, 2 ədəd “AKM” markalı silah, 1 ədəd “Naqan” tipli tapança, 1 ədəd kustar üsulla hazırlanmış qumbara, 1 ədəd “RQD-5” qumbarası, 5 ədəd patron darağı, 1 ədəd süngü bıçaq və 1097 ədəd müxtəlif çaplı patron tapılıb.

Həmçinin Ağdam RPŞ əməkdaşları tərəfindən Evoğlu kəndi ərazisindən 1 ədəd istifadəyə yararsız top mərmisi tapılıb və ANAMA-nın əməkdaşlarına təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti