...

Yasamalda 10 min manata yaxın saxta pul satarkən tutuldu

Hadisə Materials 2 Noyabr 2016 13:48 (UTC +04:00)
Astara rayon sakini Gündüz Əliyev saxta əskinaslar satarkən tutulub.
Yasamalda 10 min manata yaxın saxta pul satarkən tutuldu

Bakı. Trend:

Astara rayon sakini Gündüz Əliyev saxta əskinaslar satarkən tutulub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Zəngilan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayon sakini Gündüz Əliyev Yasamal rayonu ərazisində 198 ədəd (9900 manat) 50 manatlıq saxta əskinasları 2000 manata satarkən tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti